B1, Tiamin, Tiamin difosfat, Tiamin pirofosfat
B1 vitamininin tərkibində kükürd və amin qrupu olduğuna görə, bu vitaminə həm də tiamin adı verilmişdir. Tiamin orqanizmin toxumalarında ATF-lə reaksiyaya girərək, tiaminpirofosfata yəni kokarboksilazaya çevrilir. Bu isə öz növbəsində karbohidratlarm toxumadaxili mübadiləsinin aralıq məhsulu olan ketoturşularm metabolizmində iştirak edən fermentlərin kofaktoru kimi, katabolizm prosesində mühüm rol oynayır.
B1 vitamini çatışmazlığı nəticəsində ketoturşular süd turşusuna çevrilir, toxumalarda (xüsusilə beyin toxumasında) piroüzüm və süd turşusunun miqdarı xeyli artır, bu isə mərkəzi və periferik sinir sistemində patoloji proseslərin inkişafına səbəb olur. Tiamin metabolik proseslərdə tiaminpirofosfatın tərkibinə daxil olur. Tiaminpirofosfat koferment funksiyasını yerinə yetirərək karbohidrat, yağ və protein mübadiləsində mühüm rol oynayır və müxtəlif toxumaların enerji ilə təminatına şərait yaradan biokimyəvi proseslərdə iştirak edir. Tiamin çatışmazlığı zamanı toxumaların piroüzüm turşusuna və bəzı amın turşulara olan tələbatı azalır, ancaq yağlara tələbatı artır. Buna görə də, tiamin karbohidratlarm və bir çox amin turşuların metabolizmi üçün böyük əhəmiyyət kəsb edir.
B1 vitamini aminturşuların aminsizləşmə və təkrar aminləşmə prosesində də iştirak edir. Bundan başqa, xolinesteraza fermentinin aktivliyini də azaldır. B, vitamini ən yüksək konsentrasiyalarda belə orqanizmə toksik təsir göstərmir. B vitamini bəzi dərman preparatları ilə qarşılıqlı əlaqəyə girə bilir. Bu vitaminin çatışmazlığı nəticəsində kardiovaskulyar sistemin funksiyasının pozulması (toxumalardakı metabolik enerji nin azalması, periferik damarların genişlənməsi və ürəyə daxil olan qanın həcminin artması nəticəsində) və qastrointestinal sistemin patologiyası (həzm sistemi əzələlərinin kifayət qədər enerji almaması nəticəsində həzm pozulması, anoreksiya, mədə atoniyası və hipoxlorhidriya kimi simptomlar) inkişaf edir.
Günlük tələbat:
Yeniyetmələr və qadınlar üçün: 1,1 mq
Kişilər üçün: 1,5 mq
Təbii mənbələri:
- Ən çox dənli bitkilərin qabıqlarında, xüsusilə , düyü və buğdada olur.
Artmasına səbəb olan hallar:
- Leykoz;
- Həqiqi polisitemiya (Vakez-Osler xəstəliyi);
- Hockin xəstəliyi.
- Beri-beri xəstəliyi (polinevrit);
- Alkoqolizm;
- Qida çatışmazlığı;
- Həddindən artıq balıq yeyənlər (bakterial tiaminazaya görə) həddindən artıq çay içənlər (antitiamin faktora görə) və uzun müddət sürən qızdırma;
- Uzun müddət davam edən diareyalar;
- Diabet;
- Xərçəng xəstəliyi.